Gülağa Tənha: İKİ DİLƏNÇİ
Bu xəbəri paylaş
Gülağa Tənha:
İKİ DİLƏNÇİ
Bakıda qul bazarında gördüklərim…
İki dilənçi gördüm
Bu gün qul bazarında.
Tərəzisi qanlı tər
olan pul bazarında.
Yanağının xalıydı
Birisinin göz yaşı.
Qəlbini qanadırdı
Ötənlərin söz daşı.
Kədər pöhrələmişdi
Üzünün qırışında.
Dərddən dərman umurdu
Ömrünün bu yaşında.
Biri burda gözaltı
Bu yazığı süzürdü.
Anlar bu zavallının
Ürəyini üzürdü.
Yamaqlı şalvarından
Çıxmışdı qanlı dizi.
Gözləri yol çəkirdi,
Ağarmışdı bənizi.
Köks ötürdü:
–Nə vaxtdı
Canıma düşüb vərəm.
Sən – pul, mən gecə-gündüz,
Ömür-gün dilənirəm.
Bakı, 16 mart, 1994
Bu xəbəri paylaş
( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır )
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !
BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA
(İsmayılova Xeyransa Eldəniz qızı)
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp: https://wa.me/994515203020
e-mail: azpressmedia@gmail.com