Gülağa Tənha: YOL

 Gülağa Tənha:

Y O L


Gedirsən…
Bu yolun boyuna baxma,
Qədirbilənlərin yoludur bu yol.
Gecə də, gündüz də azalmır yükü,
Gəlib-gedənlərlə doludur bu yol.


Sağının-solunun yanağı yanır,
Acığa düşənin sınağı yanır,
Sonunda xoşbəxtlik çırağı yanır,
Elə buna görə uludur bu yol.


Gedirsən…
Həsrətdən çıxıb gedirsən,
Canını odlara yaxıb gedirsən.
İçində şimşəktək çaxıb gedirsən,
Vətən sevənlərin yoludur bu yol!..


11 aprel, 1991

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020