Gülağa Tənha: ZİRVƏLƏRƏ ÇƏN DÜŞÜR
Bu xəbəri paylaş
Gülağa Tənha:
ZİRVƏLƏRƏ ÇƏN DÜŞÜR
Zirvələrə çən düşür,
Saçlarıma dən düşür.
Qismətə hərdən düşür
Eşqin alovu, közü.
Ayrılıq var, ölüm var,
Sevinc – yalan, zülüm var.
Nə yaxşı ki, gülüm var,
Yaşadır məni özü.
Bəndələrdən biriyəm,
Ölüyəm, ya diriyəm.
Haqqın sehri, sirriyəm,
Özünə çəkir sözü.
Məkkə, Mədinəsi var,
Yerdə, göydə səsi var,
Küləkdə nəfəsi var,
İmandı, ruhdu izi.
Beşbarmaq, 28.07.2003
Bu xəbəri paylaş
( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır )
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !
BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA
(İsmayılova Xeyransa Eldəniz qızı)
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp: https://wa.me/994515203020
e-mail: azpressmedia@gmail.com