2021-2022-ci il üçün qəbul imtahanlarının nəticələri - 500 və 600-dan yuxarı bal toplayanlar

2021-2022-ci il üçün qəbul imtahanlarının nəticələri - 500 və 600-dan yuxarı bal toplayanlar

2021-2022-ci il üçün qəbul imtahanlarının nəticələri - 500 və 600-dan yuxarı bal toplayanlar 

 

Maraqlı və biabırçı haldır ki, 2000-ə yaxın şagirdi 130 məzunu (bu il üçün) olan Masallı şəhər 1 saylı tam orta məktəbinin 1 məzunun belə 500 və 600 baldan yuxarı nəticə göstərənlər sırasında təmsilçisi yoxdur. Hətta Yeni Zuvand, Rudakənar kimi ən ucqar ərazilərdə yerləşən məktəblərinin hər birinin 500-cülər arasında 2 təmsilçisi olsa da.
 

Cenub.az bildirir ki, bu ilki qəbul imtahanlarının nəticələrinə görə Masallı rayonu üzrə 18 nəfər 600 və 600 baldan yuxarı, 57 nəfər isə 500 və 500-dən yuxarı bal toplayıb. 600-dən yuxarı bal toplayanların 9-u qızlar, bir o qədəri də oğlanlar olub. Ən yuxarı bal toplayan masallılı məzun Türkoba tam orta məktəbinin şagirdi olub –Babayev Elnar Elnur oğlu 663 bal. Həsənli, Miyankü, Hişgədərə, Boradigah 2 saylı tam orta məktəblərinin isə hər birindən 2 məzun 600 bal həddini aşıb.

 

500 və 500 baldan artıq bal yığan 69 nəfər içərisində isə qızlar daha çox üstünlük təşkil edib – 38 qız, 33 oğlan. 500 və 600-ə qədər bal yığanlar sırasında ən yüksək göstərici şəhər 3 saylı məktəbə məxsusdur – 7 məzun, Həsənli məktəbinin 4, Ərkivan 1 saylının 4, Təzə Alavadı 1 saylının 4, Bədəlan məktəbinin 4, “Dəfinə” liseyinin 3, Ərkivan 2 saylının 3, hətta Yeni Zuvand (230 şagird, 17 məzun), Rudakənar (150 şagird, 11 məzun) kimi ən ucqar ərazilərdə yerləşən məktəblərinin hər birinin 500-cülər arasında 2 təmsilçisi olsa da, rayonun 2000-ə yaxın şagirdi 130-ə yaxın məzunu (bu il üçün) olan Masallı şəhər 1 saylı tam orta məktəbinin 1 məzunun belə 500 və 600 balda yuxarı nəticə göstərən həmin məktəblərin məzunları sırasında təmsilçisi yoxdur.

 

Cenub.az həmçinin bildirir ki, yəqin bu rüsvayçı vəziyyət Lənkəran-Astara Regional Təhsil idarəsində və Rayon icra hakimiyyətində ciddi müzakirələrə səbəb olacaq. Rayonun ən möhtəşəm, zəngin tarixə malik olan məktəbinin bu zəlil günə qalması ciddi şəkildə araşdırılacaq.

Cenub.az. Zahir Əmənov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020