Şahin Oruczadə dünya birinciliyində ikinci yeri tutub -İNTİQAM təqdim edir (AZ-press.AZ)

Şahin Oruczadə dünya birinciliyində ikinci yeri tutub -İNTİQAM təqdim edir (AZ-press.AZ)

 

Nazim İmranovla Aydan Vəliyevasa dünyada 3-cü olub

 

Bir gün öncə Bosniya və Hesoqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında cüdo üzrə dünya birinciliyinə start verilib. Azərbaycan cüdoçularının da qatıldığı birinciliyin ilk iki günü geridə qalıb. Azərbaycan Cüdo Federasiyasının verdiyi məlumata görə hər iki gün cüdoçularımı uğurla çıxış edərək mükafatçılar arasında yer alıb. Yarışların birinci günü tatamiyə çıxan cüdoçularımızdan Şahin Oruczadə (55 kq) yalnız həlledici finalda məğlubiyyətlə üzləşərək dünya çempionatının ikincisi olub və gümüş medal qazanıb. Qeyd edək ki, startda erməni Vaxe Aqasyanı məğlub edən cüdoçumuz finalda fransalı Zakari Docolu ilə bacarmayıb.

 

Çempionatın ikinci günü isə daha iki cüdoçumuz - Nizami İmranov (60 kq) və zərif cinsdən olan Aydan Vəliyeva (48 kq) çıxışını üçüncü pillədə vaşa vurmaqla bürünc medala sahib olub. Bununla da Azərbaycvan yığması geridə qalan ilk iki gündən sonra aktivinə 3 (0-1-2) medal yazdırıb.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020