Ağacəfər Həsənli: Haqqın qapısı

Ağacəfər Həsənli: Haqqın qapısı

 

Rəşad Məcidi ilk dəfə görəndə yeniyetmə təsiri bağışlayırdı. Deyəsən, heç orta məktəbi bitirməmişdi. Üzündəki təmiz uşaq təbəssümü indi də yadımdadır. Xeyli vaxt dolanıb keçib. Rəşad sanki sürətlə böyüyüb: "525-ci qəzet" kimi populyar qəzet yaradıb, redaktorluq məsuliyyətini üstünə götürüb, kollektiv formalaşdırıb. Məncə, həyatda elə insanlar var ki, onlara hər şey ana südü qədər halaldı. Rəşad Məcid də belə halal ziyalılarımızdan biridi.

 

Rəşad Məcidin 21 Avqust doğum günüdü. Onu ürəkdən təbrik edir, fəaliyyətində uğurlar diləyir və haçansa ona həsr etdiyim şeirimi paylaşmaqla köhnə dostuma sevgimi bildirirəm.

 

HAQQIN QAPISI

 

Bir suyun çəkib mələyə,
üzün haqqın qapısıdı.
Bir salamat beytin varsa,
sözün haqqın qapısıdı.
Tanrı hökm eləyər dağa,
rəng verib qaraya, ağa.
Qoyub cənnətə qadağa –
izn – haqqın qapısıdı.
Hər yerdə yerimir yalan,
insan ömürləri talan.
Cahanı müftə gəz-dolan,
izin – haqqın qapısıdı.
Göz yaşına su deyiblər,
ruhun kürsüsü deyiblər.
Qəlbin güzgüsü deyiblər,
gözün haqqın qapısıdı.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020