Günay Məmmədzadə AÇ-da erməni Gevorqyanı məğlub edərək ikinci pilləyə yüksəlib -İNTİQAM təqdim edir (AZ-press.AZ)
Bu xəbəri paylaş
Günay Məmmədzadə AÇ-da erməni Gevorqyanı məğlub edərək ikinci pilləyə yüksəlib -İNTİQAM təqdim edir (AZ-press.AZ)
Çexiyanın paytaxtı Praqada qadınlar arasında şahmat üzrə keçirilən vı azərbaycanlı şahmatçıların da mübarizə apardığı fərdi Avropa çempionatı davam edir. Azərbaycanın 7 şahmatçı ilə təmsil olunduğu və isveçrə sistemi üzrə keçirilməklə 11 turdan ibarət olan bu çempionatda bu gün sayca 9-cu tura yekun vurulub. Hesabat turunda 7 təmsilçimizdən 1-i qalib gəlib gəlib, 4-ü heç-heçə oynadıqı halda iki şahmatçımız məğlubiyyətlə üzləşib. Qeyd edək ki, tura 3 təmsilçimiz - yarış cədvəlində müvafiq ardıcıllıqla 3-5-ci yerləri bölüşən Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova triosu hərəyə 6 xalla qatılıb. Turun ən diqqət çəkən və prinsipial qarşılaşması ilə Günay Məmməzadə ilə erməni şahmatçı Mariya Gevorqyan arasında baş tutub. Reytinq göstəricisinə görə Məmədzadə 5-ci, erməni şahmatçı isə 63-cü olsa da geridə qalan 8 turdan sonra rəqib yarış cədvəlində 6,5 xalla ikinci yeri tuturdu. Ondan cəmi 0,5 xal geri qalan Günay isə 3-cü pillədə yer alırdı. Görüş Günayın qələbəsi ilə bitinci şahmatçımız Gevorqyanı qabaqlayaraq ikinci pilləyə yüksəlib. Digər təmsilçilərimiz gəlincə, 6 xalla 4-cü pillədə olan Ülviyyə Fətəliyeva hesabat turunda yarışlara 7 xalla vahid liderlik edən polşalı Monika Soçko ilə qarşılaşıb. Ülviyyə bu oyunu udacağı təqdirdə özü ikinci, Günay isə birinci pilləyə yüksələcəkdi. Təəssüf ki, Ülviyyə yarışların vahid lideri ilə yalnız xal bölə bilib. Bu isə rəqibə yenə də birinci pillədə qalmaq imkanı verib. Əlavə əmsallara görə erməni Gevorqyanı qabaqlayan Ülviyyə isə 3-cü pilləyə qalxıb. Tura 6 xalla 5-ci pillədə qatılan Gülnar Məmədova isə ukraynalı İnna Qaponenko ilə sülh bağlayıb. Bu sülh sazişi Gülnara 4-cü yerə qalxmaq imkanı verib. Gövhər Beydullayevanın da heç-heçə oynadığı turda Ləman Hacıyeva ilə Səbinə İbrahimova məğlubiyyətlə üzləşib. Birinci erməniyə uduzub. Çempionatın başa çatmasına iki tur qalır.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)