Azərbaycanın qadın voleybol yığması evdə Avstriyanı məğlub edib -İNTİQAM təqdim edir (AZ-press.AZ)
Bu xəbəri paylaş
Azərbaycanın qadın voleybol yığması evdə Avstriyanı məğlub edib -İNTİQAM təqdim edir (AZ-press.AZ)
AÇ-2023-ün seçmə qrup çərçivəsində qadın voleybol yığmalı arasında sayca 3-cü turun oyunları keçirilib. Seçmələrin D qrupunda Avstriya. Sloveniya və Gürcüstan millisi ilə birlikdə yer alan Azərbaycan yığması hesabat turunda avstraliyalıları qəbul edib. Bakı Voleybol Mərkəszində baş tutan həmin oyunda baş məşqçisi Eldar Yusubov olan yığmamız qalib gəlib. Rəqibinə bir set belə verməyən Azərbaycan komandası ardıcıl olaraq, 3-cü dəfə quru hesablı qələbə qazanıb - .3:0 (25:19, 25:19, 25:13). Bu qələbədən sonra yığmamız qrup lıiderliyini ələ alıb. Bu oyunda baş məşqçi Ayşən Abduləzimova (kapitan), Kristina Besman, Marqarita Stepanenko, Aynur İmanova, Yuliya Kərimova, Alena Xarçenko, Yelizaveta Ruban, Odina Əliyeva, Mariya Krillyuk, Bəyaz Əliyeva, Şəfəq Alışanova, Anastasiya Mertsalova. Nikalina Başnakova və Valeriya Kondratevanın xidmətindən yararlanıb. Oyunun ən məhsuldar oyunçusu 13 xalla Yelizaveta Ruban olub. Marqarita Stepanenko ilə Alena Xarçenko isə hərəyə 12 xal toplayıb.
Turnir cədvəli: Аzərbaycan - 9 xal (setlərin fərqi 9-0), Sloveniya – 8 (9-2), Avstriya – 1 (2-9), Gürcüstan – 0 (0-9).
İNTİQAM Məmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)