Millinin 15 boksçusu Qazaxıstanda beynəlxalq turnirdə rinq döyüşünə çıxacaq -İNTİQAM təqdim edir (AZ-press.AZ)

Millinin 15 boksçusu Qazaxıstanda beynəlxalq turnirdə rinq döyüşünə çıxacaq
 -İNTİQAM təqdim edir (AZ-press.AZ)

 

Kişi boksçulardan ibarət Azərbaycan əsas millisi Qazaxıstana yollanıb. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, yığmamız avqustun 30-dan sentyabrın 3-dək Aktauda keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək. Yarışda məşqçilər Ceyhun Abiyev və İlham Əlimzanov boksçulardan Həsən Məlikov (48 kq), Rüfət Hüseynov (51 kq), Ruslan Qədirov (54 kq), Maksud Xasmetov, Əzrək Bəbirov (hər ikisi 57 kq), Fuad Tarverdi (60 kq), Ruslan Rüstəmov, Cəlal Qurbanov (hər ikisi 63,5 kq), Niyaməddin Allahverdiyev, Rəşid Həsənov (hər ikisi 71 kq), Mirşərif Kazımzadə, Rasim Çobanlı (hər ikisi 75 kq), Fərid Qəribov (80 kq), Eldar Quliyev (86 kq) və Rauf Rəhimovu (92 kq) sınaqdan çıxaracaq. Daha bir həmyerlimiz - referi Etibar Alıyev isə turnirin hakimləri sırasında yer alacaq. Milli komandamız sentyabrın 5-də Bakıya qayıdacaq.
İNTİQAM Məmmədov

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020