AMEA-NIN MÜXBİR ÜZVÜ ZAQATALA GƏNCLƏRİ İLƏ GÖRÜŞÜB +FOTO=2

AMEA-NIN MÜXBİR ÜZVÜ ZAQATALA GƏNCLƏRİ İLƏ GÖRÜŞÜB 

 

AMEA akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutunun böyük elmi işçisi, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru Rauf Qardaşov Zaqatala Heydər Əliyev Mərkəzində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Zaqatala nümayəndəliyi ilə Mərkəzin birgə təşkil etdikləri görüşə dəvət olunub.

Zaqatala gəncləri ilə görüşən alim onlara öz elmi nailiyyətlərindən, Azərbaycan və dünya elminə verdiyi töhfələrdən, karyerasında əldə etdiyi uğurlardan və bu uğurları qazanmaq üçün keçdiyi çətinliklərdən danışıb. AMEA-nın müxbir üzvü gənclərin gələcək karyeralarını uğurlu qurmaları üçün onlara dəyərli tövsiyələr verib.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020