BDU və Ankara Universiteti ortaq arxeoloji tədqiqatlar aparmağı planlaşdırıb

BDU və Ankara Universiteti ortaq arxeoloji tədqiqatlar aparmağı planlaşdırıb  

 

Bakı Dövlət Universiteti (BDU) və Türkiyənin Ankara Universiteti arasında ortaq arxeoloji tədqiqatlar aparılması və arxeologiya sahəsində əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparılıb.

Bu barədə BDU-nun rektoru Elçin Babayevin Türkiyəyə səfəri zamanı Ankara Universitetinin rektoru Necdet Ünüvarla görüşündə ilkin razılıq əldə olunub.

Ortaq arxeoloji tədqiqatların aparılması üçün hər iki universitetin akademik heyətlərinin və tələbələrinin iştirakı ilə işçi qruplar yaradılacaq. Akademik heyətdə eyni zamanda molekulyar bioloqlar da iştirak edəcəklər. Onlar əldə edilən fosil qalıqları üzərində genişmiqyaslı genom analizləri də aparacaqlar.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020