Vahid Mustafayev: SSRİ-nin ilk və son prezidenti vəfat etdi

Vahid Mustafayev:SSRİ-nin ilk və son prezidenti vəfat etdi

 

SSRİ İLK VƏ SON PREZİDENTİ MİXAİL QORBAÇOV VƏFAT ETDİ.

Sovet İttifaqının keçmiş prezidenti Mixail Qorbaçov 92 yaşında vəfat edib.
"Mixail Sergeyeviç Qorbaçov ağır və uzun sürən xəstəlikdən sonra bu gün axşam saatlarında vəfat edib", - Bu barədə Moskvanın Mərkəzi Klinik Xəstəxanadan bildirilib.
İyun ayında Qorbaçov Fondunun sözçüsü Vladimir Polyakov bildirmişdi ki, Mixail Qorbaçov böyrək xəstəliyindən əziyyət çəkir və müalicə, o cümlədən hemodializ alır. O, SSRİ-nin 91 yaşlı keçmiş prezidentinin səhhətinin pisləşməsini yaşla əlaqələndirib.
Xatırlatmaq istəyirəm ki, Mixail Qorbaçov 2 Mart 1931-ci ildə Stavrapol vilayətinin Privolye kəndində anadan olub. Atası - rus milliyətli Serqey Qorbaçov və anası - ukrayna milliyətli Mariya Qorbaçova olub.
1985-ci ilin martında Mixail Qorbaçov Sov.İKP Mərkəzi Komitəsinin Baş katibi, beş ildən sonra, 1990-cı ilin martında isə SSRİ-nin prezidenti seçildi - Sovet İttifaqı tarixində ilk və sonuncu.
Mixail Qorbaçov, 1990-cı ilin Yanvarın 20-si Azərbaycana Sovet Ordusunun daxil olması və bunun nəticəsində baş verən Qanlı Yanvar hadisəsinin həyata keçməsində əsas qərar qəbul edən şəxs kimi tanınır!

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020