Şəhriyar Məmmədyarov Sent-Luisdə 6-cı olub -İNTİQAM təqdim edir (AZ-press.AZ)

Şəhriyar Məmmədyarov Sent-Luisdə 6-cı olub -İNTİQAM təqdim edir (AZ-press.AZ)

 

Sent-Luisdə həmyerlimiz Şəhriyar Məmədyarov da daxil olmaqla planetin 10 ən yaxşı şahmatçısınin iştirakı ilə keçirilən və rapid və blits turnirlərindən ibarət olan "Grand Chess Tour"un 4-cü mərhələsi də başa çatıb. Rapid bir dövrədə keçirilməklə 9 turdan, blits isə 2 dövrə və 18 turdan ibarət olub. Turnirdə Məmədyarovla yanaşı, Əlireza Firuzca, Maksim Vaçye-Laqrav (hər ikisi Fransa), Fabiano Karuana, Lenyer Dominqes, Xikaru Nakamura. Semuel Şenklend, Cefferi Şonq, erməni Levon Aronyan (hamısı ABŞ), və rusiyalı Yan Nepomniyaşiy mübarizə aparıb. Mükafat fondu 175 min dollar təşkil edən turnirin qalibi 40 min qazanıb. Qeid edək ki, iki turnirim ümumi nəticəsinə görə qalib adını 26 xalla Fransa təmsilçisi Əlireza Firuzca qazanıb. 21 xal toplayan amerikalı qrossmeyster Xikaru Nakamura ikinci yeri tutub. Yarışda ilk üçlüyü isə 19 xalla Fabiano Karuana (ABŞ) tamamlayıb. Rapid turnirini 9 xalla 5-ci, blitsi isə 8,5 xalla 6-cı pillədə çitirən Məmmədyarov isə ümumi nəticədə 17,5 xalla 6-cə yeri tutub.

 

Yeri gəlmişkən, turnirin 5-ci mərhələsi də Sent-luisdə təkil ediləcək. Bu dəfə isə qrossmeysterlər özlərini klassik şahmatda sınayacaqlar. Sentyabrən 2-dən 11-dək keçiriləcək bu mərhələdə Məmmədyarov da iştirak edəcək. Mükafat fondu 350 min dollar təşkil edən bu mərhələnin qalibi isə 10 min dollar qazanacaq.
İNTİQAM Məmmədov
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020