Günay Məmmədzadə AÇ-nın ikincisi, Ülviyyə Fətəliyevasa üçüncüsü olub -İNTİQAM təqdim edir (AZ-press.AZ)

Günay Məmmədzadə AÇ-nın ikincisi, Ülviyyə Fətəliyevasa üçüncüsü olub -İNTİQAM təqdim edir (AZ-press.AZ)

 

Çexiyanın paytaxtı Praqada qadın şahmatçılar arasında keçirilən fərdi Avropa çempionatına bu gün sayca 11-ci olan son turun oyunları ilə yekun vurulub. Mükafat fondu 60 min dollar təkil edən qitə çempionatında 7 Azərbaycan şahmatçısı da daxil olmaqla 123 zəka sahibi mübarizə aparıb. Sevindirici haldır ki, 7 şahmatçımızdan ikisi - Günay Məmmədzadə və Ülviyyə Fətəliyeva çempionatın mükafatçıları arasında yer ala bilib. Maraqlıdır ki, hər iki şahmatçımız çıxışını 8 xaklla başa vurub. Lakin əlavə əmsallara görə, Günay Avropanın ikincisi, Ülviyyə isə üçüncüsü olub. Avropa çempionu adını isə həmyerlilərimizi cəmi 0,5 xal qabaqlayan polşalı Monika Socko qazanıb. Qeyd edək ki, 8-ci tura qədər yarış cədvəlinin lideri olan Günay Məmədzadə son turu qələbə ilə bitirəcəyi halda qitə çemionu olacaqdı. TƏƏSSÜF-lər olsun ki, Günay çempionluğun bir addımlığında qaldı. Yeri gəlmişkən, Avropanın ikincisi olan Günay reytinq göstəricisinə görə, iştirakçılar arasında 5-ci, Avropa üçüncüsü Ülviyyə isə 9-cu idi.

 

Digər şahmatçılarımıza gəlincə, son tura 7 xalla 7-ci yerdə qatılan Gülnar Məmmədova onunla eyni xal ehtiyatına malik olmasına rəğmən 6-cı yerdə olan öz rəfiqəsi Ülviyyə Fətəliyevaya uduzması nəticəsində 15-ci pilləyə yuvarlanıb. Hərəyə 7 xal toplayan Gövhər Beydullayeva ilə Xanım Balacayeva isə müvafiq olaraq, 19 və 20-ci yeru tutb. Onlardan cəmi yarım xal az toplayan Ləman Hacıyeva isə Avropada 23--cü olub. 11 oyundan 6 xal yığan və reytinq göstəricisinə görə iştirakçılar arasına 81-ci olan Səbinə İbrahimovasa cıxışını 52-ci pillədə başa vurub.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020