Sülhməramlıların Laçın dəhlizindəki postları söküldü

Sülhməramlıların Laçın dəhlizindəki postları söküldü 

 

Rusiya sülhməramlılarının Laçın şəhərində, Zabux və Susda qurduğu müvəqqəti postlar tam sökülərək götürülüb.

 

Laçın şəhərinə ezam olunmuş əməkdaşı xəbər verir ki, sülhməramlıların həmin ərazilərdəki səlahiyyətləri bir neçə gündür başa çatıb.

 

Qeyd edək ki, avqustun 26-da Prezident İlham Əliyev tviter səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan həmin gün azərbaycanlıların Laçın şəhərinə qayıtdığının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünün müjdəsini verib. Bununla bağlı bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020