Masallılı pəhləvan dünya ikincisi oldu Akif Ağayev (AZ-press.AZ) +FOTO=3

Masallılı pəhləvan dünya ikincisi oldu  Akif Ağayev (AZ-press.AZ) +FOTO=3

 

Zəfərin növbəti zəfəri

 

Rumıniyanın Konstansa şəhərində çimərlik güləşi üzrə U-20 dünya çempionatı keçirilib.

Çempionatda millimizi təmsil edən dörd idmançıdan üçü Vətənə medalla dönüb.

Fərid Cabbarov qəzəl, Zəfər Əliyev gümüş, Rübail İbrahimli isə bürünc medal qazanıb.

Azərbaycan 68 xalla komanda hesabında dünya ikincisi, Rumıniya 95 xalla birinci, Moldova isə 35 xalla üçüncü olub.

 

Məlumat üçün bildirək ki, dünya çempionatının gümüş medal sahibi Zəfər Əliyev Masallı Rayon Gənclər və İdman İdarəsinin nəzdindəki Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Təhmasib İsayevin yetirməsidir.

 

Onu da əlavə edək ki, Zəfər Cəlal oğlu bu ilin iyul ayında Yunanıstanın Katerini şəhərində keçirilən çimərlik güləşi üzrə U-20 Avropa çempionatında qitə çempionu adını qazanıb.

 

Akif AĞAYEV,

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020