Hərbi qulluqçular arasında səmti müəyyənetmə yarışı keçirilib +FOTO=10

Hərbi qulluqçular arasında səmti müəyyənetmə yarışı keçirilib +FOTO=10

Hərbi qulluqçular arasında səmti müəyyənetmə yarışı keçirilib 

 

Quru Qoşunlarının 2022-ci tədris ilinə hazırlıq planına əsasən hərbi qulluqçular arasında səmti müəyyənetmə yarışı keçirilib.

 

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Yarışa start verilməmişdən öncə hərbi qulluqçular təlimatlandırılıb. Qeyd olunub ki, birinciliyin keçirilməsində əsas məqsəd hərbi qulluqçuların dözümlülüyünü artırmaq, onların kompas və xəritədən istifadə etmə bacarıqlarını təkmilləşdirməkdir.

 

Yarışlarda 7 komandanın 38 hərbi qulluqçusu mübarizə aparıb. İştirakçılar təyin olunan məsafəyə qaçış edərək xəritə üzərində göstərilən hədəflərin aşkarlanması tapşırıqlarını yerinə yetiriblər. Yarışın qaydalarına əsasən kişi hərbi qulluqçular 4 km məsafədə 10 nəzarət nöqtəsini, qadın hərbi qulluqçular isə 3 km məsafədə 8 nəzarət nöqtəsini müəyyənləşdiriblər.

 

Quru Qoşunlarının və Azərbaycan Respublikası Səmti Müəyyənetmə İdman Federasiyasının hakimlər komissiyasının üzvləri yarışın yekun nəticələrinə əsasən qalibləri müəyyən edib.

 

Qaliblər fəxri fərman, kubok və medallarla mükafatlandırılıblar.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020