Qəriblər stadionu - Haqq və haqsızlığın savaşı - hesab “10”- “0”

Qəriblər stadionu - Haqq və haqsızlığın savaşı - hesab “10”- “0” 

Məhkəmə iclaslarında (onlarla müvafiq təşkilatlarda araşdırılan) baxılan bu savaş nəhayət haqqın qələbəsi ilə bitdi

 

 

Qəsəbə sakini, bu mübarizənin önündə gedən kənd sakini Hacı Cəsarətin bildirdiyinə görə 2018 ci il aprel ayının 7-dən, ta 2021-ci il noyabr ayının 29-na kimi 5—yə yaxın, bütün məhkəmə orqanları Qəriblər stadionunun qanunsuz satılmasını təsdiq edərək, alqı-satqı müqavilələrinin etibarsız və Çıxarışların ləğvi qərarını çıxararaq kənd ağsaqqallarının, gənclərinin və məktəblilərin arzu və istəkləri hüquqi müstəvidə bərpa edildi.

 

 

2022-ci il avqustun 31-də 2020 ci ildə stadionda qanunsuz tikililərinin sökülməsi üçün Masallı rayon məhkəməsi Ayaz Səlimovun hakimliyi ilə bu iş baxılmamış saxladı.

 Ali məhkəmə və Şirvan apelyasiya məhkəmələrinin Qərarlarından sonra isə işə yenidən baxıldı və 29 avqust 2022 ci ildə stadionda qanunsuz tikilən evlərin sökülərək idman meydancasının əvvəlki vəziyyətə gətrilməsi haqqında hökm çıxarıldı.

Burada qanunsuz tikililərin sökülməsi gün məsələsidir. 

Ortada yüzlərlə insanın nifrəti, mənasız yerə xərclənən pullar, sərf edilən əziyyətlər… Doğrudanmı, insan öz yurduna bu qədər qəddar ola bilərmi?

Bu həm də bəziləri üçün ibrət olmalıdır.

 

Qəriblər stadionundaa gənclərin futbol yarışlarına qatılacağı gün isə uzaq deyil.

 

Hazırladı: Zahir Əmənov, cenub.az

Mövzu ilə bağlı yazıların linkləri burada- www.facebook.com/100024744487728/posts/pfbid09Uzv3yL3kGYg3pRXAsvajdA1KQNRhTB32cSvTUZUXDu4hWW3MViV6gnCMtkoTLxnl/

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020