Masallı: Ərkivan abadlaşır... Akif Ağayev (AZ-press.AZ) +FOTO=7

Masallı: Ərkivan abadlaşır... Akif Ağayev (AZ-press.AZ) +FOTO=7

Masallı: Ərkivan abadlaşır...Akif Ağayev (AZ-press.AZ) +FOTO=7

 

Masallı rayonunun Ərkivan qəsəbəsində payız-qış mövsümünə hazırlıqla bağlı işlər görülməkdədir. Sakinlərin rahatlığı, küçə və yolların təmiri, ərazilərin abadlığı üçün müxtəlif tədbirlər həyata keçirilir.

 

Ərazi nümayəndəliyindən bildirilib ki, abadlıq-quruculuq işləri çərçivəsində Ərkivan-Boradigah magistral yol ətrafında yeni işıq dirəkləri qurulub.

 

Qəsəbədə inşa edilən 100 yerlik uşaq bağçası binasında tikinti işləri tamamlanmaq üzrədir.

 

Ərazidə yeddi mərasimi evi var. Bundan əlavə Bağlakücə və Pələnküştə məhəllələrində də mərasim evinin tikilməsi nəzərdə tutulub. Adı çəkilən küçələrdə yeni işıq dirəkləri quraşdırılır, torpaq yollar qrederlə hamarlanaraq təmir olunur, bəziləri çınqıllanır.

 

Yaxın günlərdə şəhid Sahib Şirəliyevin adını daşıyan küçəyə (700 metr uzunluğunda) asfalt döşənəcək.

 

Qəsəbədə iki kilometr məsafədə suötürücü kanallar xüsusi texnika vasitəsilə kol-kosdan, lildən təmizlənib.

 

Ərkivanda kənd təsərrüfatının əksər sahələri kimi meyvəçiliyin inkişafı da torpaq mülkiyyətçilərinin nəzər-diqqətindədir. Çünki ərazidə aqrar sektorun gəlirli sahələrindən olan sitrusçuluğu inkişaf etdirmək üçün geniş perspektiv var. Qəsəbədə mövcud kivi, feyxoa və digər meyvə bağları ilə yanaşı bu il 1,73 hektar sahədə yerli şəraitə uyğun naringi bağı salınıb.

 

Hazırda qəsəbədə abadlıq-quruculuq, eləcə də mövsümi təsərrüfat işləri aparılır.

 

Akif AĞAYEV.

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020