“Müasir türk dillərində düzəltmə söz” adlı monoqrafiyaişıq üzü görüb
Bu xəbəri paylaş
“Müasir türk dillərində düzəltmə söz” adlı monoqrafiyaişıq üzü görüb
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Qətibə Mahmudovanın “Müasir türk dillərində düzəltmə söz” adlı monoqrafiyasıişıq üzü görüb.
“Elm və təhsil nəşriyyatında”çap olunmuş monoqrafiya türk dillərində morfoloji yolla gedən söz yaradıcılığı prosesinə həsr olunub. Türk dillərində yeni sözlərin yaranmasında ən məhsuldar üsul morfoloji yolla sözyaratmadır.Əsərdə söz yaradıcılığına nəzəri və koqnitiv yanaşma mövzusu, eyni zamanda morfoloji yolla sözyaratmada müstəsna yeri olan sözdüzəldici şəkilçi morfemlər, bu morfemlərin təsnifatı, leksik şəkiçilərin omonimlik, sinonimlik xüsusiyyətləri, həmçinin yad və milli mənşəli leksik morfemlərin xüsusiyyətləri haqqındakı araşdırmalar yer alıb.
Yeni nəşr filologiya, türkologiya, ümumən dilçiliklə məşğul olanlar üçün böyük əhəmiyyət kəsb edir. Bu kitabdan gənc dilçi tədqiqatçılar-doktorant və magistrlər də faydalana bilərlər.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)
