Beynəlxalq statuslu təşkilatlar haqqında məlumat bazası hazırlanır

Beynəlxalq statuslu təşkilatlar haqqında məlumat bazası hazırlanır

Beynəlxalq statuslu təşkilatlar haqqında məlumat bazası hazırlanır

 

Söz və ifadə  azadlığının,  insan haqlarının durumunu monitorinq edən, hesabatlar dərc edən  beynəlxalq statuslu təşkilatlar haqqında məlumat bazası  hazırlanır.

Fəaliyyət  Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB)  tərəfindən icra olunan “Milli QHT-lərin beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarının artırılmasına dəstək” adlı layihə  çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi   Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

 

Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, hazırlanacaq məlumat bazasında söz və ifadə  azadlığının,  insan haqlarının durumunu monitorinq edən, hesabatlar yayan, ictimai rəyə təsir göstərən  beynəlxalq statuslu təşkilatların fəaliyyət istiqamətləri, strukturları, iş prinsipləri, hesabat hazırlamaq metodologiyaları,  mövcud durumları, Azərbaycana münasibətləri  barədə informativ xarakterli bilgilər toplanılacaq: “Bu materiallar məqalələr formasında hazırlanaraq yerli KİV-lərdə dərc ediləcək, Azərbaycan oxucusu üçün əlçatan olacaq”.

 

Müşfiq Ələsgərli əlavə edib ki, iki ay müddətində davam edəcək layihənin əsas məqsədi milli QHT və KİV-lərin beynəlxalq təşkilatlar barədə informasiyalılığını artırmaqdan, onların beynəlxalq təşkilatlarla əməkdaşlığının qurulmasını stimullaşdırmaqdan, inteqrasiyasına nail olmaqdan  ibarətdir.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020