Gülağa Tənha: GƏLƏRƏM XIZIR KİMİ

 Gülağa Tənha:

GƏLƏRƏM XIZIR KİMİ


Dağda-daşda diz qanatdın,
Neçə yerdə köz qanatdın,
Misra-misra söz qanatdın,
Ağır yollar yora-yora.


Sevgin özünlə döyüşdü,
Biləmmədin bu nə işdi?
Axır dilə-dişə düşdü,
Üz göstərdin intizara.


Unut ötüb-keçən dəmi,
Şam edərəm ürəyimi.
Yetirərəm Xızır kimi,
Düz yolunu çaşanlara!


28 may, 2003

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020