Gülağa Tənha: GÖZƏL

 Gülağa Tənha:

GÖZƏL


Lalə qonub yanağına,
Bu gözəldə insafa bax.
Bal çəkilib dodağına,
Bu gözəldə insafa bax.


Ala gözü süzdürür o,
Üzümə yaş düzdürür o,
Məni məndən bezdirir o,
Bu gözəldə insafa bax.


Ömrümü röya elədi,
Dərdimi dərya elədi,
Gör necə Tənha elədi,
Bu gözəldə insafa bax.


noyabr, 2002

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020