Gülağa Tənha: DÜNYANI
Bu xəbəri paylaş
Gülağa Tənha:
DÜNYANI
İki göz gərək ağlasın
Gününə qəmli dünyanı.
Şirin sözlə ovundursun
Gözləri nəmli dünyanı.
Dağlarına düşən qarıq,
Taleyinə dövlət, varıq,
Yuxusundan oyadarıq,
Dərdli, sitəmli dünyanı.
Bir maraq, həvəsdi bizə,
Bir quruca səsdi bizə…
Hər nədisə, bəsdi bizə,
Gəl sevək çənli dünyanı.
Qəm-qəhərini silərəm,
Könül xoşluğu dilərəm,
Gözlərimə nur bilərəm,
Gözəlim, sənli dünyanı!..
Moskva, 12. 04.2003
Bu xəbəri paylaş
( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır )
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !
BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA
(İsmayılova Xeyransa Eldəniz qızı)
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp: https://wa.me/994515203020
e-mail: azpressmedia@gmail.com