Gülağa Tənha: BƏXTİMİ

 Gülağa Tənha:

BƏXTİMİ


Bir qaçqının dilindən


A Tanrım, nə vaxtdı dolaşıq düşüb,
Özün öz əlinlə dara bəxtimi.
Daş-qalaq eləyir ağ gün görənlər,
Ağ günlər görməyən qara bəxtimi.


Taleyin gərdişi bitən dünyada,
Özü öz dərdindən ötən dünyada,
Bir yurd tapammıram bu gen dünyada,
Bilmirəm aparım hara bəxtimi.


Nadanın əlinə ağ tələ vermə,
Bəlkə dan söküldü, gəl hələ vermə.
Yazığam,
yazığam, yad ələ vermə,
Çəkirsən özün çək dara bəxtimi.


Bakı, 13 may, 1994

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020