Sumqayıt teatrı 55-ci mövsümdə tamaşaçılar qarşısına zəngin repertuarla çıxır +FOTO=5

Sumqayıt teatrı 55-ci mövsümdə tamaşaçılar qarşısına zəngin repertuarla çıxır +FOTO=5

Sumqayıt teatrı 55-ci mövsümdə tamaşaçılar qarşısına zəngin repertuarla çıxır 

 

Sumqayıt Dövlət Dram Teatrında  yeni mövsümün  başlanması  ilə bağlı  iclas  keçirildi.  Teatrın direktoru vəzifəsini icra edən  Əməkdar artist  Vidadi Məmmədov kollektivi salamladı, yeni mövsūmūn həm də sənət ocağının yubiley ilinə təsadūf etdiyini xatırladaraq yaradıcılıq palitrasının, repertuar siyasətinin daha da çeşidli və zəngin nəzərdə tutulduğunu bildirdi. 

Natiq  qeyd etdi ki,  dövlətçilik sevgisi,  vətən məhəbbəti aşılayan,  tarixi şəxsiyyətlərimizə, 44 günlük müharibənin qəhrəmanlarına həsr olunmuş əsərlərə də xüsusi yer verməliyik. Məhz belə tamaşalarla teatr özünün üzərinə düşən maarifçilik funksiyasını yerinə yetirə bilər.

Teatrın baş rejissoru, respublikanın Xalq artisti Firudin Məhərrəmov 55- ci yubiley mövsümündə də maraqlı tamaşaların və yubiley tədbirlərinin planlaşdlrıldığını söylədi.

   Çıxışlarda uşaq tamaşalarına tələbatın çox olduğu diqqətə çatdırıldı. "Qaraca qız",  "Tıq-tık xanım", "Göyçək Fatma", "Danışan gəlincik" kimi tamaşalar balacalar tərəfindən xüsusi maraqla qarşılanıb. Əlbəttə , birinci növbədə uşaqların psixologiyasını, arzu və istəklərini öyrənmək vacibdi. 

Ötən mövsümdən məşqləri   başlanılan  Ü. Hacıbəyov "O olmasın , bu olsun" (quruluşçu  rejissor- Əməkdar artist Namis Şirməmmədov) və  Ə.Haqverdiyev "Kimdir müqəssir" ( quruluşçu rejissor- Fuad Kazımov) yaxin günlərdə təhvil veriləcək. Məşqlərinə başlanılan  səhnə əsərlərindən daha biri A.Linqren "Balaca və Karlosonun macəraları"  rejissor  Vasif Məmmədovun quruluşunda təhvil veriləcək.

Qürur məqamımız olan Zəfər günü ilə bağlı Hafiz Ataxanlının qələmə aldığı, Xalq artisti F.Məhərrəmovun quruluş verdiyi " Missiya" tamaşasi Şəhid ailələri və Qazilər üçün xüsusi olaraq oynanılacaq.

Ulu öndər Heydər Əliyevin 100, Azərbaycan teatrının 150, Sumqayıt teatrının 55, dahi mütəfəkkir Hüseyn  Cavidin 145, Əhməd Cavadın 130 illik yubileyləri üçün tamaşa və ya ədəbi- bədii gecələrin hazırlanması da yaradıcılıq planları içərisində önəmli yer tutur.

Sonda baş rejissor F.Məhərrəmov teatrda  daxili imkanlar hesabına kitabxana yaradıldığını bildirdi və hər kəsi bu təşəbbüsə  qoşulmağa çağırdı.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020