2022-2023-cü tədris ilində BDU-nun SABAH qruplarında 9 ixtisas üzrə 823 tələbə təhsil alacaq

2022-2023-cü tədris ilində BDU-nun SABAH qruplarında 9 ixtisas üzrə 823 tələbə təhsil alacaq

2022-2023-cü tədris ilində BDU-nun SABAH qruplarında 9 ixtisas üzrə 823 tələbə təhsil alacaq

 

2022-2023-cü tədris ilində Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının ikinci kursuna 9 ixtisas (Biologiya müəllimliyi, Coğrafiya müəllimliyi, Fizika müəllimliyi, Hüquqşünaslıq, Kimya müəllimliyi, Kompüter elmləri, Riyaziyyat müəllimliyi, Psixologiya, Tarix müəllimliyi) üzrə 355 tələbə qəbul olunub. Yeni tədris ilində BDU-nun SABAH qruplarında 9 ixtisas üzrə 823 tələbə təhsil alacaq. SABAH qruplarının üçüncü kursunda 200, dördüncü kursunda 268 tələbə təhsilini davam etdirəcək.

Qeyd edək ki, 2022-2023-cü tədris ilində SABAH qruplarına müxtəlif ali təhsil müəssisələri üzrə 2500-dən çox tələbə qeydiyyatdan keçib. 2000-dən artıq tələbə test imtahanında iştirak edib, onlardan 1398 nəfəri uğur qazanıb. 1325 tələbə müsahibə mərhələsində iştirak edib. Nəticədə 10 ali təhsil müəssisəsinin müxtəlif ixtisasları üzrə SABAH qruplarına 982 nəfər qəbul olunub. 

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020