BDU-da prioritet elmi istiqamətlər üzrə aparılan tədqiqatlarda tətbiqi xarakterli nəticələr əldə olunub

BDU-da prioritet elmi istiqamətlər üzrə aparılan tədqiqatlarda tətbiqi xarakterli nəticələr əldə olunub

BDU-da prioritet elmi istiqamətlər üzrə aparılan tədqiqatlarda tətbiqi xarakterli nəticələr əldə olunub
 

 Bakı Dövlət Universitetinin (BDU) nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin həmmüəllifi olduğu “Ümumiləşmiş çəkili Orliç-Morri fəzalarında Riss potensialı və onun kommutatoru” (Riesz potential and its commutators on generalized weighted Orlicz–Morrey spaces) adlı məqalə Web of Science bazasında Q2 kateqoriyalı jurnallar siyahısına daxil olan “Mathematische Nachrichten” (IF: 1.199) jurnalında dərc olunub (https://doi.org/10.1002/mana.201900559).

İşdə ümumiləşmiş çəkili  Orliç-Morri fəzalarında Riss potensialının Adams tipli məhdudluğu üçün meyar verilib. Nəticələrin tətbiqi olaraq ümumiləşmiş çəkili Orliç-Morri fəzalarında Riss potensialının kommutatorunun Adams tipli məhdud olması üçün zəruri və kafi şərtlər tapılıb. 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020