BDU-ya yeni qəbul olan tələbələrin qeydiyyatı davam edir

BDU-ya yeni qəbul olan tələbələrin qeydiyyatı davam edir

 


Bakı Dövlət Universitetində yeni qəbul olan tələbələrin qeydiyyat prosesi davam edir.
Bakalavriat səviyyəsi üzrə BDU-ya qəbul olan şəxslərin qeydiyyat prosesinə 2 sentyabr tarixindən başlanılıb. Abituriyentlər https://portal.edu.az/ sistemində qeydiyyatdan keçərək müraciət edirlər. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan, portaldan istifadə edə bilməyən şəxslərin qeydiyyatdan keçməsi üçün BDU-da şərait yaradılıb. Artıq 4000-dən çox abituriyent qeydiyyat prosesinin başa vuraraq, BDU ailəsinin bir üzvünə çevrilib. Onlardan 97%-i əyani təhsilalma forması üzrə, 89%-i dövlət sifarişi əsasında təhsilini davam etdirəcək. Qeydiyyatdan keçən abituriyentlərin 71%-ni qızlar, 39%-ni oğlanlar təşkil edir. Onlardan 30%-dən çoxu 500-dən artıq bal toplayaraq tələbə adını qazanıb.
Məlumat üçün bildiririk ki, elektron sistem üzrə qeydiyyat 12 sentyabr saat 23:59-da başa çatacaq.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020