Qadın voleybol yığmamız AÇ-2023-ün seçmələrində Sloveniyaya yenə də uduzub -İNTİQAM təqdim edir (AZ-press.AZ)
Bu xəbəri paylaş
Qadın voleybol yığmamız AÇ-2023-ün seçmələrində Sloveniyaya yenə də uduzub -İNTİQAM təqdim edir (AZ-press.AZ)
Qadın voleybol yığmaları arasında AÇ-2023-ün seçmə qrup oyunları çərçivəsində növbəti turun oyunları keçirilib. Seçmələrin D qrupunda yer alan Azərbaycan komandası hesabat turunda Sloveniya millisinin qonağı olub. Təəssüflər olsun ki, baş məşqçisi Eldar Yusubov olan Azərbaycan komandası bir həftə öncə doğma divarlar arasında olduğu kimi bu dəfə də Sloveniya ilə qarşılaşmada məğlubiyyətlə üzləşib - 3:1 (25:16, 25:18, 19:25, 25:15). Bu oyunu bir növ Bakıda keçirilən ilk qarşılaşmanın təkrarı kimi də qiymətləndirmək olar. Çünki hər iki oyunda (evdə və səfərdə) yığmamız 1:3 hesabla uduzub. Hələ Bakıda yığmamız üzərində qələb qazandıqdan sonra 11 xalla yarış cədvəlində liderliyi ələ alan Sloveniya millisi bu qələbədən sonra aktivindəki xalların sayını 14-ə catdırmaqla rəqibləri üçün əlçatmaz olub və birinci pilləni özünə qarantlamaqla qrup lideri kimi vaxtından əvvəl AÇ-2023-ün final mərhələsinə vəsiqə qazanıb. Hazırda Azərbaycan komandası 9 xalla ikinci, Avstriya 4 xalla üçüncü, xalı olmayan Gürcüstan millisi isə sonuncudur.
Qeyd edək ki, D qrupunda mübarizə aparan millimizin sonuncu matçı sentyabrın 10-da səfərdə Avstriya yığmasına qarşı olacaq. Komandamız avqustun 28-də Bakıda keçirilən matçda bu rəqibi 3:0 hesabı ilə məğlub edib. Yığmamız Avstriya ilə oyunda hətta məğlub olsa bvelə, qrup ikinciliyin özündə saxlayacaq. Bu isə Azərbaycan yığmasına AÇ-2023-ün final mərhələsinə qatılmaq imkanı verəcək.
Qaydalara əsasən qruplarda birinci və ikinci yeri tutan komandalar AVRO-2023-ün final mərhələsinə yüksələcək. Final mərhələnin oyunlarına isə Belçika, İtaliya, Estoniya və Almaniyanın ev sahibliyi edəcək.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır )
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !
BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA
(İsmayılova Xeyransa Eldəniz qızı)
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp: https://wa.me/994515203020
e-mail: azpressmedia@gmail.com