LƏNKƏRAN TEATRI YENİ MÖVSÜMƏ “HAQQIN 44 GÜNÜ” TAMAŞASI İLƏ BAŞLAYIR – AZ-press.AZ Ağaddin Babayev (FOTO=6)

LƏNKƏRAN TEATRI YENİ MÖVSÜMƏ “HAQQIN 44 GÜNÜ” TAMAŞASI İLƏ BAŞLAYIR – AZ-press.AZ Ağaddin Babayev (FOTO=6)

 

Lənkəran Dövlət Dram Teatrı sentyabrın 16-da özünün 132-ci mövsümünə başlayacaq. AZpress.AZ xəbər verir ki, həmin gün sənətsevərlərə teatrın baş rejissoru Anar Babalının qələmə aldığı və quruluş verdiyi “Haqqın 44 günü” tamaşası təqdim olunacaq.

 

Bu səhnə əsəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ili “Şuşa ili” elan etməsi ilə əlaqədar nəzərdə tutulmuş tədbirlər planı çərçivəsində hazırlanıb. Vətən müharibəsində 44 gün ərzində qazanılmış böyük zəfərimizin qəhrəmanlıq dastanı kimi təqdim olunduğu tamaşada birinci və ikinci Qarabağ müharibəsində baş verən hadisələr, xalqımızın igid oğullarının döyüşlərdə göstərdiyi şücaətlər obrazlı şəkildə əksini tapıb.

 

Tamaşada həmçinin müharibələrin xalqların taleyində, gündəlik həyat və məişətində yaratdığı çətinliklərdən, ağrı-acılardan da bəhs olunur. Amma bütün bunlara baxmayaraq Müzəffər Ordumuz özünün yüksək əhval-ruhiyyəsi ilə əzmkarlıq nümayiş etdirərək 30 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızı cəmi 44 gün müddətində düşmən tapdağından xilas edərək üzərinə düşən missiyanın öhdəsindən ləyaqətlə gəlməyi bacarır.


Tamaşanın quruluşçu rəssamı Adil Əsədli, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

 

Əsas rolları teatrın gənc aktyorlarından Sayad Əliyev, Emil Rzayev, Gülər Kərimova, Şəbnəm Hüseynova, Aysel Cahangirova, Amil İbrahimov, Teymur Hacızadə və Günel Abbaszadə ifa ediblər.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020