DÇ-ya gedəcək sərbəst güləş üzrə millimizin heyəti müəyyənləşib -İNTİQAM təqdim edir (AZ-press.AZ)

DÇ-ya gedəcək sərbəst güləş üzrə millimizin heyəti müəyyənləşib  -İNTİQAM təqdim edir (AZ-press.AZ)

 

Sentyabrın 10-dan 18-dək Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı təşkil ediləcək. Azərbaycan güləşçilərinin də qatılacağı bu mundialın son günlərində sərbəst güləşçilər mübarizə aparacaqlar.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, dünya çempionatında baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), İslam Bazarqanov (61 kq), Hacı Əliyev (65 kq), Coşqun Əzimov (70 kq), Turan Bayramov (74 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq) və Aydın Əhmədovdan (125 kq) ibarət heyət ölkəmizi təmsil edəcək.

Qeyd edək ki, sentyabrın 14-də sərbəst güləş üzrə püşkatma mərasimi keçiriləcək. Növbəti gün təmsilçilərimizdən Coşqun, Əşrəf, Abubakr və Aydın yarışa start verəcək. Sentyabrın 16-da Əliabbas, Turan və Osman, ayın 17-də isə İslam, Hacı və Maqomedxan xalça üzərinə çıxaraq mübarizəyə qatılacaq.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020