"Döyüşə" "qocalar" gedib -İNTİQAM təqdim edir (AZ-press.AZ)
Bu xəbəri paylaş
"Döyüşə" "qocalar" gedib -İNTİQAM təqdim edir (AZ-press.AZ)
Bu gün Polşanın Krakov şəhərində usta cüdoçular arasında Dünya çempionatına start verilib. Sentyabrın 11-dək davam edəcək cempionata Azərbaycan da daxil olmaqla, 59 ölkədən 901 idmançı qatılacaq. Azərbaycan bu yarışa böyük heyətlə qatılıb. Azərbaycan Cüdo Fedrasiyasından verilən məlumata görə, ölkəmiz yarışda 7 yaş kateqoriyası üzrə 35 idmançı ilə təmsil olunur. Veteranlardan ibarət komandaya baş məşqçi Fərhad Rəcəbli rəhbərlik edəcək. ACF-in “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev çempionatda ədalət təmsilçiləri arasında yer alacaq.
İştirakçılara gəlincə, M1 yaş kateqoriyası üzrə: Nadir Babayev (73 kq), Murad Rəcəbli (90 kq), Tural Səfquliyev, İmran İmanov (hər ikisi 100 kq), Qurban Məmmədli (+100 kq);
M2 yaş kateqoriyası üzrə: Məmməd Məmmədov (73 kq), Samir İsmayılov, Anar Yusifli (hər ikisi 81 kq), Ramil Muradov, Mətləb Məmmədov, İlham Heydərov (hamısı 90 kq), İntiqam Ələkbərov, Vasif İbrahimov (hər ikisi 100 kq);
M3 yaş kateqoriyası üzrə: Vüqar Budaqov, Rəşad Quliyev (hər ikisi 73 kq), Azər Fətullayev, Zülfüqar Hüseynov (hər ikisi 81 kq), Vüsal Cəfərov, Rövşən Bağırov (hər ikisi 90 kq), Aqşin Atakişiyev (100 kq), Ayaz Ümüdəliyev (+100 kq);
M4 yaş kateqoriyası üzrə: Babək Hacıyev (60 kq), Rauf Fərzəliyev, Azad Abbasov (hər ikisi 73 kq), Mahir Ağamirzəyev (90 kq), Emil Hüseynov (100 kq), Çingiz Orucov (+100 kq);
M5 yaş kateqoriyası üzrə: Müşfiq Cəfərov (73 kq), Mübariz Cəfərov (90 kq), Qabil Qasımov, Rövşən Muxtarov (hər ikisi +100 kq);
M6 yaş kateqoriyası üzrə: Azər Əsgərov (+100 kq);
M7 yaş kateqoriyası üzrə: Fərhad Rəcəbli (90 kq), Arif Qasımov (100 kq), Mübariz Pənahov (+10 kq).
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)