Serbiyada samboçuların Avropa birinciliyi keçiriləcək -İNTİQAM təqdim edir (AZ-press.AZ)
Bu xəbəri paylaş
Serbiyada samboçuların Avropa birinciliyi keçiriləcək -İNTİQAM təqdim edir (AZ-press.AZ)
Sentyabrın 14-dən 19-dək Serbiyanın Novi-Sad şəhərində yeniyetmələr və gənclər arasında sambo güləşi üzrə Avropa Birinciliyi, kişilrinsə Avropa çempionatı keçiriləcək. ASF-dan (Azərbaycan Sambo Federasiyası) verilən məlumata görə, 6 gün davam edəcək çempionatda Azərbaycan samboçuları da medallar uğrunda mübarizə aparacaqlar. Bu məsul yarışda ölkəmizi milli yığma komandanın baş məşqçisi Vahid Tarverdiyev və məşqçi Cabir İsmayılovun rəhbərliyi altında aşağıdakı idmançılar təmsil edəcəklər.
Avropa birinciliyində: Yeniyetmələr arasında Musaxan Gülməmmədov (64 kq), Kərəm Babazadə (71 kq), Toqrul İbrahimov (79 kq), Fərəc Gözəlov (88 kq) və Orxan Məcidli (+98 kq) mübarizə aparacaq..
Gənclər arasında Rəvan Rüstəmli (58 kq), Elvin Bağırovn (64 kq), Əhməd Hüseynov (71 kq), Adil Adilzadə (79 kq), Məhəmmədəli Əliyev (88 kq) və Məhəmməd Məmmədzadə (+98 kq) bacarığını nümayiş etdirəcək..
Avropa Çempionatında:Kişilər arasında Mehman Xəlilov (58 kq), Mirfəttah Seyidəliyev (64 kq), Emil Həsənov (71 kq), Ceyhun Hüseynov (88 kq), Eyvaz Nəsibli (98 kq) və Toğrul Salmanov (+98 kq) çıxış edəcək..
Döyüş sambosu üzrə yarışa isə Ramil Vəliyevlə (79 kq), Nəbi Məmmədov (98 kq) qatılacaq.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)