COĞRAFİYAÇI ALİM “ƏMƏKDAR ELM VƏ TƏHSİL İŞÇİSİ” FƏXRİ ADINA LAYİQ GÖRÜLÜB +FOTO=6

COĞRAFİYAÇI ALİM “ƏMƏKDAR ELM VƏ TƏHSİL İŞÇİSİ” FƏXRİ ADINA LAYİQ GÖRÜLÜB 

 

Rusiya Təbiət Elmləri Akademiyası Rəyasət Heyətinin (Beynəlxalq Alimlər, Müəllimlər və Mütəxəssislər Assosiasiyası) qərarı ilə akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun “Turizm və rekreasiya coğrafiyası” şöbəsinin müdiri, c.ü.f.d., dosent Zaur İmrani “Əməkdar elm və təhsil işçisi” Fəxri adına layiq görülüb.

Bu ad ona elmi nəşrlərinə (Web of Science), layihələrdə iştirakına və elmi yeniliklərinə görə verilib.

Qeyd edək ki, bu ad elm və texnikanın prioritet sahələrinin inkişafında, elmi məktəblərin yaradılmasında, elmi kadrların yetişdirilməsində və hazırlanmasında xidmətlərinə görə fəlsəfə doktoru elmi dərəcəsi olan alimlərə verilir.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020