Ağcabədidə ali məktəblərə qəbul olunmuş tələbələrlə görüş keçirilib Mais İbrahimov (AZ-press.AZ) +FOTO=85
Bu xəbəri paylaş
Ağcabədidə ali məktəblərə qəbul olunmuş tələbələrlə görüş keçirilib Mais İbrahimov (AZ-press.AZ) +FOTO=85
Bu il Ağcabədi rayonunun ümumtəhsil məktəblərini bitirən məzunlardan 436 nəfəri tələbə adını qazanmışdır. Onlardan 22 nəfəri 600-700 bal arası, 51 nəfəri isə 500—600 bal arası nəticə göstərmişdir. Tələbə adını qazananların 64 nəfəri Bakı Dövlət Universitetində təhsil alacaqdır.
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, sentyabrın 10-da Ağcabədi “ASAN xidmət” Mərkəzində qəbul imtahanlarında yüksək bal toplayaraq ali məktəblərə qəbul olunmuş gənclərlə görüş keçirildi.
Görüşdə Ağcabədi Rayonİcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Milli Məclisin deputatı Aqil Abbas, Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayonu üzrə Təhsil sektorunun nümayəndələri, rayonun ümumtəhsil məktəblərinin direktorları, valideynlər iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan RİH başçısı Rafil Hüseynov tələbə adını qazanmış gəncləri, onların valideynlərini və müəllimlərini təbrik edib. Çıxışında bir çox məsələlərə toxunan rayon rəhbəri 500-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olan gənclərin sayının artmasının, o cümlədən qəbullarda qızların sayının üstünlük təşkil etməsinin də sevindirici hal olduğunu vurğulayıb.
Sonra millət vəkili Aqil Abbas gəncləri təbrik edib. Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayonu üzrə Təhsil sektorunun Metod Mərkəzinin direktoru Əli Əhmədovun məruzəsində isə əldə edilmiş uğurlarla yanaşı müəyyən nöqsanlara da toxunulub.
Məruzədən sonra şəhər 5 saylı tam orta məktəbinin direktoru Fəridə Allahverdiyeva, 616 balla Azərbaycan Tibb Universitetinə qəbul olunmuş, şəhid övladı Elton Xudaverdiyev, 697,5 balla Birgə Azərbaycan-Fransa Universitetinə qəbul olunmuş Nərmin Sadıqlının atası Arif Sadıqov, 610 balla Azərbaycan Tibb Universitetinə qəbul olunmuş Sona Nağızadə, 603 balla Bakı Dövlət Universitetinə qəbul olunmuş Davud Baxışalıyev çıxış edərək, qazanılan nailiyyətlərlə bağlı fikirlərini bölüşüb, gənclərin təhsil alması üçün ölkəmizdə yaradılan yüksək şəraitə, göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.
Daha sonra bir qrup tələbəyə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən birdəfəlik maddi mükafat və fəxri fərmanlar təqdim edilib. Həmçinin bildirilib ki, 5 nəfər tələbə bir tədris ili müddətində RİH başçısı tərəfindən aylıq təqaüdlə təltif olunublar.
Yüksək nəticə göstərərək tələbə adını qazanmış gənclərin mükafatlandırılmasında Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Ağcabədi rayon Komtəsinin sədri Arzu Niftalıyeva və Ağcabədi rayon Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev də yaxından iştirak edərək onlara birdəfəlik maddi yardım və “Fəxri Fərman”lar təqdim ediblər. Sonda ali məktəblərə qəbul olunmuş gənclərlə xatirə şəkili çəkildi.
Fotomüxbir Mais Amin AZpress.AZ Ağcabədi.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)




















































































