Qadın voleybol yığmamız 10-cu dəfə AÇ-nın final mərhələsinə çıxıb -İNTİQAM təqdim edir (AZ-press.AZ)

Qadın voleybol yığmamız 10-cu dəfə AÇ-nın final mərhələsinə çıxıb -İNTİQAM təqdim edir (AZ-press.AZ)

Qadın voleybol yığmamız 10-cu dəfə AÇ-nın final mərhələsinə çıxıb  -İNTİQAM təqdim edir (AZ-press.AZ)

 

Azərbaycanın qadın voleybol yığmasıının da qatıldığı Avqropa çempionatının (AÇ-2023) seçmə qrup oyunlarına yekun vurulub. Sevindirici haldır ki, seçmələrin yekun nəticəsinə görə, Azəarbaycan yığması da qitə çempionatının 2023-cü ildə Almaniyaş Belçika , Estoniya və İtaliyada keçiriləcək final mərhələsində iştirak etmək hüququ qazanıb. Xatırladaq ki, baç məşqçisi Eldar Yusubov olan Azərbaycan yığması bu tarixi uğura yer aldığı D qrupunda Avstriyaya qarşı keçirdiyi son səfər matçında imza atıb. AVRO-2023-ün finallarına qatılmaq üçün yığmamız son oyunda 2:3 hesabla uduzaraq bir xal qazanması da bəs edirdi. Lakin yığmamız daha güclü oyun nümayiş etdirməklə ev sahibini 1:3 (14:25, 20:25, 25:23, 15:25) hesabla udmaqla aktivinə daha 3 xal yazdıra bilib. Bununla da 6 oyundan sonra 12 xal toplayan Azərbaycan yığması yer aldığ qrupda yalnız Sloveniyadan (14 xal) geri qalmaqla qrup ikincisi olub. Bu isə komandamıza öz tarixində 10-cu dəfə Avropa çempionatlarının finallarına qatılmaq imkanı verib. Yeri gəlmişkən, Azərbaycan yığması 2005-ci ildən bəri demək olar ki, bütün Avropa çempionatlarında iştirak edib. 2005 və 2017-ci illərdə isə Azərbaycan Avropada 4-cü yeri tutub. Bu yığmamızın ən yaxşı göstəricisi olub.
Eldar Yusubov seçmələrdə Ayşən Abduləzimova. Kristina Besman, Marqarita Stepanenko, Aynur İmanova, Yuliya Kərimova, Alena Xarçenko, Yelizavet Ruban, Odina Əliyeva, Mariya Krillyuk, Bəyaz Alıyeva. Şəfəqət Alışanova. Anastasiya Mertsalova, Nikalina Başnakova və Valeriya Kondratevanın xidmətindən yararlanıb.
Yekin turnir cədvəli: Sloveniya - 14 xal (15-4 set fərqi), Azərbaycan - 12 xal (14-7), Avstriya - 7 xal (9-12), Gürcüstan - 0 xal (0-18).
Qeyd: Azərbaycanla yanaşı, Rumıniya. Xorvatiya. Çexiya, Finlandiya. Ukrayna. Macarıstan, Sloveniya. Slovakiya. İspaniya. Yunanıstan və Bosniya-Hersoqovina millisi də finallara vəsiqə qazanıb.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020