Azərbaycan alimi Alban əcdadlarımızın Şəkidə yaratdığı “Ay ilahəsi” barelyefini aşkar edib +FOTO=2

Azərbaycan alimi Alban əcdadlarımızın Şəkidə yaratdığı “Ay ilahəsi” barelyefini aşkar edib

 

Görkəmli alim-fizik, AMEA Şəki Regional Elmi Mərkəzinin baş direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlünün Azərbaycanın Şimal-qərb bölgəsinin Şəki rayonu ərazisində yerləşən Baş Şabalıd kəndinin mərkəzindən hava məsafəsi 6840 m uzaqlıqda olan yaylaq ərazisi olan Danaveclə bağlı araşdırmaları böyük maraq doğurur. Belə ki, alimimiz tərəfindən Aya sitayiş edən Alban əcdadlarımızın Danavecdə yaratdığı “Ay ilahəsi” (Selena)  barelyefi aşkar olunub. 

 

Y.Şükürlünün araşdırmalarına əsasən, səmadan baxdıqda uzunluğu 100, eni isə 70 m olan barelyefdə  Aya baxan qadın obrazının canlandığını açıqca görmək olur. Alimin fikrincə, bu “Ay ilahəsi” Selenadır.

 

Y.Şükürlü qeyd edib ki, Danavec kəlməsi Dan, yəni Tan (Tanrı) deməkdir, “vec” sözü sərbəst olaraq işlənmir, məskunluq anlamı daşıyan söz sonluğudur. “Danavec” sözü Tanrının məskəni (Ziyarət yeri) mənasında işlənir. Danavec Baş Şabalıd kəndinin bir hissəsi sayılır. Danavec, coğrafi olaraq Baş Şabalıdın tam şərqində yerləşir. Bu kəndə Günəş “Danavecdən doğur”. Bu yaylağın Danavec “Tanrının olduğu yer” adlandırılması buna əsaslanır. 

 

 

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020