Kotsayev-Mehtiyev finalı birincinin qələbəsi ilə bitib -İNTİQAM təqdim edir (AZ-press.AZ)
Bu xəbəri paylaş
Kotsayev-Mehtiyev finalı birincinin qələbəsi ilə bitib -İNTİQAM təqdim edir (AZ-press.AZ)
10-11 sentyabr günlərində İtaliyanın Riççione şəhərində böyüklər arasında cüdo üzrə keçirilən Açıq Avropa Kubokuna yekun vurulub. Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, iki gün davam edən bəlli turnirdə ölkəmiz 13 idmançı ilə təmsil olunub ki, onlardan da biri qızıl, üçü gümüş, ikisi isə bürünc medal qazanıb. mız medallar uğrunda mübarizə aparıb.
Azərbaycan medal əyarına görə ümumi hesabda 3-cü yeri, kişilər arasında isə 2-ci yeri tutub.
Medallara gəlincə, yeganə qızıl medalın sahibi 100 kq çəkidə tatamiyə çıxan Zəlim Kotsayev olub. Maraqlıdır ki, Kotsayev həlledici finalda öz komanda yoldaşı Məmmədəli Mehtiyevi məğlub edib. Yeri gəlmişkən, yalnız həlledici finalda məğlub olan Meytiyev bu turnirdə ilk dəfə olaraq öz ənənəvi çəkisində (90 kq) 100 kq-da güləşib və çıxışını ikinci pillədə başa vurmaqla gümüş medal qazanıb. Digər iki gümüş medalı turnirin birinci günü 60 kq çəkidə yarışan cüdoçumuz Rövşən Əliyev və 66 kq-da .çıxış edən Orxan Səfərov qazanıb.
Gümüş medallain sahibi isə Səid Mollayi (81 kq) və Uşanqi Kokuari (+100 kq) olub. Maraqlıdır ki, Kokuari bürünc medal uğrunda mübarizədə öz komanda yoldaşı, Azərbaycan yığmasında debüt edən Camal Qamzatxanovu məğlub edib.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)