Botanika İnstitutu Rusiya ilə elmi əlaqələrini genişləndirir

Botanika İnstitutu Rusiya ilə elmi əlaqələrini genişləndirir 

 

AMEA Botanika İnstitutu və Rusiya Federasiyasının Yamalo-Nenets Muxtar Dairəsinin Arktika Elmi-Tədqiqi Mərkəzi arasında elmi əməkdaşlığa dair razılıq memorandumu imzalanıb. Memorandumu Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva və Arktika Elmi-Tədqiqi Mərkəzinin direktoru Yermolin İlya Borisoviç imzalayıb.

 

Memoranduma əsasən elm və təhsil sahəsində əməkdaşlıq, elmi-tədqiqat işlərinin həyata keçirilməsi, yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, yeni texnologiyaların və layihələrin tətbiqi, elmi nəşrlərin hazırlanması həyata keçiriləcək.

 

Memorandum qarşılıqlı və faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat layihələrinin və tədris proqramlarının həyata keçirilməsini, tədqiqat və təhsil proqramları üzrə informasiya mübadiləsini, elmi sahələr üzrə ixtisasartırma proqramlarının təşkilini və s. nəzərdə tutur. İmzalanan sənəd yeni elmi istiqamətlər üzrə gənc kadrlarının hazırlanması üçün əhəmiyyətli olacaq.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020