KTMT-nın saytını SINDIRDILAR
Bu xəbəri paylaş
KTMT-nın saytını SINDIRDILAR
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) saytı sındırılıb və DDoS hücumuna məruz qalıb. Bu barədə KTMT-nın Telegram kanalında məlumat yayılıb. Bildirilib ki, hazırda onun işi qismən bərpa edilib və məlumatların bərpası üzrə işlər aparılır.
"Sentyabrın 13-də saat 23:00 radələrində KTMT-nin rəsmi internet saytı (www.odkb-csto.org) DDoS hücumuna məruz qalıb. Resursun fəaliyyəti pozulub, bəzi məlumat mesajlarında icazəsiz dəyişiklik edilməsi cəhdləri qeydə alınıb. Sayta bu gün 07:00-a qədər giriş mümkün olmayıb. Hazırda sayt qismən bərpa olunub, icazəsiz müdaxilənin lokallaşdırılması və zədələnmiş və ya itirilmiş məlumatların bərpası üçün tədbirlər görülür”, - deyə KTMT-dən bildiriblər.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)