Azərbaycanın yunan-Roma güləşi üzrə yığması 5 medalla DÇ-2022-nin ikincisidir -İNTİQAM təqdim edir (AZ-press.AZ)
Bu xəbəri paylaş
Azərbaycanın yunan-Roma güləşi üzrə yığması 5 medalla DÇ-2022-nin ikincisidir -İNTİQAM təqdim edir (AZ-press.AZ)
Serbiyanın paytaxtı Belqradda idman güləşi üzrə keçirilən dünya çempionatında yunan-Romaçıların yarışı başa çatıb. Azərbaycan Güləş Federasiyasının verdiyi məlumata görə, yığmamız qazandığı 5 (1-1-3) medal və topladığı 118 xalla yalnız Türkiyə komandasından (125 xal) geri qalmaqla komanda hesabında dünya çempionatının ikincisi olub. Üçüncü yeri isə ev sahibi olan Serbiya (110 xal) tutub.
Yığmamızın aktivinə yazılan medallara gəlincə, Eldəniz Əzizli (55 kq) qızıl medal qazanaraq, ikinci dəfə dünya çempionu olub. Gümüş medal yalnız həlledici finalda uduzan Ülvi Qənizadənən (72 kq), "bürünclərsə" Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayevin (97 kq) payına düşüb.
Mundialın bu günə təsadüf edən 6-cı günü isə 4 sərbəst güləşçimiz - Coşqun Əzimov (70 kq), Əşrəf Əşirov (79 kq), Abubəkr Abakarov (86 kq) və Sabah Şəriəti (125 kq) mübarizəyə qatılıb. Təəssüflər olsun ki, onların hamısı müxtəlif mərhələlərdə uduzaraq, mundialla əliboş vidalaşıb.
Bu gün DÇ-2022-nin axşam seansında daha bir qadın güləşçimiz - Jalə Əliyeva (57 kq) bürünc medal uğrunda mübarizə aparacaq.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)