Özbəkistanda “Azərbaycan kino günləri”ndə nümayiş etdirilən “Torpaq” və “Suğra, onun oğulları” filmləri anşlaqla qarşılandı +FOTO=13
Bu xəbəri paylaş
Özbəkistanda “Azərbaycan kino günləri”ndə nümayiş etdirilən “Torpaq” və “Suğra, onun oğulları” filmləri anşlaqla qarşılandı
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “İpək Yolu
dürdanəsi” XIV Daşkənd kinofestivalı çərçivəsində Daşkənd və Buxara şəhərlərində
keçiriləcək “Azərbaycan kinosu günləri”nin açılışı olub.
Azərbaycan Mədəniyyət Nazirliyi, “Özbəkkino” Milli Agentliyi və Azərbaycan
Mədəniyyət Mərkəzinin birgə təşəbbüsü və dəstəyi ilə keçirilən tədbirdə iştirakçılar əvvəl
ulu öndər Heydər Əliyevin mərkəzin qarşısındakı abidəsi önünə və şəhidlər bağına əklil və
çiçək dəstələri düzüblər.
Qeyd edək ki, “Azərbaycan kinosu günləri”nin açılışı qardaş ölkədə böyük maraqla
qarşılanıb, tədbirdə Özbəkistanın mədəniyyət, incəsənət ictimaiyyəti, yerli azərbaycanlılar,
çoxsaylı təhsil müəssisələrinin müəllim və tələbələri, mətbuat nümayəndələri iştirak
ediblər.
İlk öncə Ermənistanın son günlər Azərbaycanla sərhəddə təxribatı nəticəsində həlak
olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru
Samir Abbasov Azərbaycanla Özbəkistan arasında bütün sahələrdə əməkdaşlığın
durmadan inkişaf etdiyini, dövlət başçımız Prezident İlham Əliyevin Özbəkistana səfəri,
keçirilən görüşlər, imzalanan müqavilələr ölkələrimiz arasında əməkdaşlıqda yeni imkanlar
açdığını qeyd edib.
O, iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrdən danışaraq, həm ötən il, həm də
bu il Özbəkistanda keçirilən beynəlxalq kinofestivalda Azərbaycan Mədəniyyət Nazirliyinin
dəstəyi ilə ölkəmizin geniş təmsil olunduğunu, Azərbaycan kinolarına Özbəkistanda böyük
maraq və sevgi ilə qarşılandığını söyləyib.
Diplomat 30 ilə yaxın işğal altında qalan Vətən torpaqlarının 2020-ci ildə Azərbaycan
ordusunun, Ali Baş komandanımızın müdrik siyasəti nəticəsində azad olunduğunu və
buğun kinomuzun azad Qarabağımızdan, Şərqi Zəngəzurumuzdan filmlər yaratmasını
qürurverici olduğunu qeyd edib.
“Ozbəkkino Milli Agentliyi”nin rəsmisi, “Gənclik” kinostudiyasının rəhbəri Adxam
Nurkulov ölkədə son vaxtlar kinematoqrafçılara yaradılan şərait haqqında məlumat verib,
Özbəkistanda keçirilən kinofestival, Azərbaycan kinematoqrafçıları ilə əməkdaşlıqdan
danışıb. O beynəlxalq kinofestivalda dünyanın 35 ölkəsindən gələn 300-dən artıq
kinematoqrafçı, rejissor, tanınmış artist, kino sahəsinin mütəxəssislərinin iştirak etdiyini
qeyd edib.
Tədbirdə çıxış edən xalq artistimiz Gülyanaq Məmmədova Özbəkistanın Xalq artisti
adına layiq görüldüyü üçün özbək xalqına və dövlət başçısı Şavkat Mirziyoyevə
minnətdarlıq edib, Festivalın işinə uğurlar arzulayıb.
Daha sonra filmlərin nümayişinə başlanılıb. Kinorejissorlar Ayaz Salayevin “Torpaq” və
İlqar Nəcəfin “Suğra və onun oğulları” filmləri nümayiş etdirilib. Hər iki rejissor yaradılan
filmlər haqqında danışaraq, filmlərə dair öz fikirlərini bölüşüblər.
Azərbaycan Mədəniyyət Nazirliyinin layihəsi ilə hazırlanmış “Torpaq” filmində
azərbaycanlıların öz ata-baba yurdlarından qovulması, deportasiyası, onların acı xatirələri,
tarixi faktlar öz əksini tapır. Digər “Suğra və onun oğulları” filmi də nümayiş olunub. İkinci
dünya müharibəsi dövrünün bütün keşməkeşlərini özündə cəmləşdirən filmdə sevgi və
nifrətlə dolu həyat öz əksini tapıb. Hər iki film festival iştirakçılarının böyük marağına səbəb
olmuş və rejissorlar tədbir iştirakçılarının alqışlarına layiq görülmüşlər.
Qeyd edək ki, Beynəlxalq Kino Festivalın davamı olaraq 17 sentyabr tarixində
filmlərimiz Buxara şəhərində nümayiş olunacaqdır.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)












