Samboçularımız Avropa çempionatına 4 medalla başlayıb -İNTİQAM təqdim edir (AZ-press.AZ)
Bu xəbəri paylaş
Samboçularımız Avropa çempionatına 4 medalla başlayıb -İNTİQAM təqdim edir (AZ-press.AZ)
Novi-Sadda (Serbiya) müxtəlif yaş qrupları (yeniyetmələr, gənclər və böyüklər) arasında sambo güləşi üzrə Avropa çempionatına start verilib. Çempionatın ilk günü yeniyetmələr mübarizə aparıblar.Gün Azərbaycan samboçuları üçün uğurlu olub. Belə ki, mübarizəyə qatılan samboçularımızdan 4-ü mükafatçılar sırasında yer alıb. Bunlardan Musaxan Gülməmmədov (64 kq) yalnız finalda büdrəyərək gümüş medal qazanıb. Kərəm Babazadə (71 kq), Toğrul İbrahimov (79 kq) və Orxan Məcidli (+98 kq) isə üçüncü yeri tutaraq, bürünc medala layiq görülüb.
Sabah gənclər mübarizəyə qatılacaqlar. Bu yarışda ölkəmizi Rəvan Rüstəmli (58 kq), Elvin Bağırov (64 kq), Əhməd Hüseynov (71 kq), Adil Adilzadə (79 kq), Məhəmmədəli Əliyev (88 kq) və Məhəmməd Məmmədzadə (+98 kq) təmsil edəcək.
Kişilər arasında Mehman Xəlilov (58 kq), Mirfəttah Seyidəliyev (64 kq), Emil Həsənov (71 kq), Ceyhun Hüseynov (88 kq), Eyvaz Nəsibli (98 kq) və Toğrul Salmanov (+98 kq), döyüş sambosu üzrə yarışda isə Ramil Vəliyevlə (79 kq), Nəbi Məmmədov (98 kq) güləşəcək.
Çempionata sentyabrın 19-da yekun vurulacaq.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)