BDU-nun alimi yüksək impakt faktorlu jurnalın xüsusi bölməsinin redaktoru oldu

BDU-nun alimi yüksək impakt faktorlu jurnalın xüsusi bölməsinin redaktoru oldu

BDU-nun alimi yüksək impakt faktorlu jurnalın xüsusi bölməsinin redaktoru oldu

 

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakultəsinin Cəbr və həndəsə kafedrasının müdiri, əməkdar elm xadimi, professor Arif Səlimov və Çex Respublikasının Palacký Universitetinin professoru Josef Mikeşin redaktoru olduğu “Müasir fizikada diferensial həndəsi üsullar” (“Differential Geometric Methods in Modern Physics”) adlı xüsusi bölmə “Web of Science” bazasında Q2 kvartil kateqoriyalı jurnallar siyahısına daxil olan “Frontiers in Physics” jurnalında (IF: 3.718) dərc olunub: https://www.frontiersin.org/research-topics/26769/differential-geometric-methods-in-modern-physics

 

Xüsusi bölmədə dünyanın müxtəlif ölkələrindən olan alimlərin 7 məqaləsinə redaktorlar  tərəfindən rəy verilib. Bölmədə müasir fizikada tətbiq olunan yeni diferensial həndəsi metodlar ətraflı təsvir edilib. Əsas məqsəd müxtəlif həndəsi strukturlarla təmin edilmiş çoxobrazlılar nəzəriyyəsində yeni anlayış və üsulların təklif edilməsi və nəzəri fizikada tətbiq yollarının göstərilməsi olub. 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020