Boksçularımız ABŞ turnirində biri qızıl olmaqla 4 medal qazanıblar -İNTİQAM təqdim edir (AZ-press.AZ)
Bu xəbəri paylaş
Boksçularımız ABŞ turnirində biri qızıl olmaqla 4 medal qazanıblar -İNTİQAM təqdim edir (AZ-press.AZ)
ABŞ-ın Pueblo şəhərində boks üzrə təşkil olunan və Azərbaycan boksçularının da iştirak etdiyi beynəlxalq turnirə final döyüşləri ilə yekun vurulub. Qeyd edək ki, yığmamızla yanaşı, ev sahibləri, Çin, Almaniya, Puerto-Riko və Filippin millilərinin qatıldığı yarışda boksçularımız 1-i qızıl, 2-si gümüş və 1-i bürünc əyarlı olmaqla 4 medal qazanıblar. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, boksçularımızdan qızıl medalı və çempionluq adını bütün rəqiblərinə qalib gələn Ümid Rüstəmov (57 kq) qazanıb. Ardıcıl olaraq çinlilər – Xinyan Vanq və Ping Lyunu məğlub edən həmyerlimiz finalda Julius Ballo (ABŞ) ilə üz-üzə gəlib və onu da məğlub etməyi bağarıb - 3:2.
51 kq çəki dərəcəsində mübarizə aparan Məsud Yusifzadə finalda çinli Xinminq Ma ilə qarşılaşıb. Döyüş rəqibin qələbəsi ilə başa çatdığından boksçumuz gümüş medalla kifayətlənib.
Komandamızın aktivinə yazılan ikinci gümüş medalın sahibi Məhəmməd Abdullayev (+92 kq) olub. Qeyd edək ki, dünya çempionatının mükafatçısı qızıl medal uğrunda son Avropa çempionu olan almaniyalı Nelvi Tiafakla döyüşüb və görüşdən məğlub ayrılıb. Yeganə bürünc medalın sahibi isə Nəbi İsgəndərov (71 kq) olub.
Beləliklə, yarışa 6 boksçu ilə qatılan komandamız 1 qızıl, 2 gümüş və 1 bürünc medala yiyələnib. Avqustun 24-dən ABŞ-ın Kolorado ştatının Denver və Pueblo şəhərində təlim-məşq toplanışı keçən və ardından da beynəlxalq turnirdə iştirak edən yığmamız sentyabrın 17-də Bakıya qayıdacaq.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)