Azərbaycanın gənc boksçuları Serbiya turnirində -İNTİQAM təqdim edir (AZ-press.AZ)

Azərbaycanın gənc boksçuları Serbiya turnirində -İNTİQAM təqdim edir (AZ-press.AZ)

Azərbaycanın gənc boksçuları Serbiya turnirində  -İNTİQAM təqdim edir (AZ-press.AZ)

 

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, Serbiyanın Subotitsa şəhərində gənc boksçular arasında beynəlxalq turnirə start verilib. Turnirdə Azərbaycan təmsilçiləri də daxil olmaqla 21 ölkədən 189 idmançı mübarizə aparır. Qeyd edək ki, yarışın ilk günündə Azərbaycan millisinin 2 üzvü mərhələ adlayıb.

 

Daniel Xolostenko (71 kq) 1/8 final mərhələsində Anke (Hindistan) ilə qarşılaşıb. Gərgin keçən döyüş boksçumuzun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. O, 1/4 finalda fransalı Mobir Trbiçə üz-üzə gələcək. Qarşılaşma sentyabrın 16-da olacaq.

 

Səbuhi Əlizadə (+92 kq) də turnirə qələbə ilə başlayıb. 1/4 final mərhələsi çərçivəsində Mikita Maliuta (Ukrayna) ilə döyüşən boksçu rəqibinə 3:2 hesabı ilə qalib gəlib. Əlizadə yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı təmin edib. O, finala gedən yolda qazaxıstanlı İvan Yermolenkonu sınağa çəkəcək. Döyüş sentyabrın 17-də keçiriləcək.

 

Bu gün isə daha 3 boksçumuz mübarizəyə qoşulacaq. Turnirin qaliblərinin adına isə sentyabrın 18-də baş tutacaq final döyüşlərindən sonra aydınlıq gələcək.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020