Yeniyetmə və gənc samboçularımız AÇ-də 6 medal qazanıblar -İNTİQAM təqdim edir (AZ-press.AZ)
Bu xəbəri paylaş
Yeniyetmə və gənc samboçularımız AÇ-də 6 medal qazanıblar -İNTİQAM təqdim edir (AZ-press.AZ)
15-16 sentyabr 2022-ci il tarixlərdə Serbiyanın Novi-Sad şəhərində sambo güləşi üzrə Avropa Birinciliyi keçirilmişdir.Azərbaycan Sambo Federasiyaının rəsmi saytının yaydığı məlumata görə, yarişda iştirak edən 11 samboçumuzdan 6-sı medal qazanmışlar.
Yeniyetmələr arasında Musaxan Gülməmmədov (64 kq) gümüş, Kənan Babazadə (71 kq), Toğrul İbrahimov (79 kq) və Orxan Məcidli (+98 kq) isə bürünc medal qazanıb. Gənclərin yarışına gəlincə, burada Elvin Bağırov Elvin (64 kq) və Məhəmməd Məmmədzadə (+98 kq) fərqlənib. Hər iki idmançımız yalnız həlledici finalda məğlubiyyətlə üzləşərək gümüş medal qazanıb.
Sabah isə böyüklərin yarışına start veriləcək.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)