Osman Nurmaqomedov mundialda bürünc medal qazanıb -İNTİQAM təqdim edir (AZ-press.AZ)
Bu xəbəri paylaş
Osman Nurmaqomedov mundialda bürünc medal qazanıb -İNTİQAM təqdim edir (AZ-press.AZ)
Hacı Əliyev çempionluq şansını itirib
Serbiyanın paytaxtı Belqradda idman güləşi üzrə keçirilən dünya çempionatı davam edir. Mundialın 8-ci günü nıhayət ki, sərbəst güləş üzrə Azərbaycan yığmasının aktivinə ilk medal yazılıb. Medalın sahibi isə 92 kq-da güləşən Osman Nurmaqomedov olub. dünən mübarizəyə başladığı 1/8 finalda Maksvel Qaritaya (Kosta-Rika) heç bir şans verməyərək onu 10:0 hesabla üstələyən millimizin üzvü növbəti mərhələdə son Avropa çempionu Feyzullah Aktürkə (11:0) də vaxtından əvvəl qalib gəlməklə yarımfinala yüksəlib. Təəssüflər olsun ki, Nurmaqomedov finalın bir addımlığında ikiqat dünya çempionu və olimpiya mükafatçısı Ceyden Koksla qarşılaşmada 7:0 hesablı məğlubiyyətlə üzləşib. Bundan sonra isə Osman bürünc medal uğrunda polşalı Radoslav Marçinkieviçlə güləşib və onu 11:0 hesabla nəğlub edərək mundialın bürünc medalını qazanıb.
Sabah isə daha bir güləşçimiz - Hacı Əliyev (65 kq) bürünc medal uğrunda mübarizə aparacaq. Xatırladaq ki, 3 qat dünya və 3 qat Avropa çempionu adını daşıyan Əliyev 1/8 finalda argentinalı Aqustin Destribatsı (6:1), 1/4 finalda özbəkistanlı Abbas Rəhmanovu (10:3) üstələdikdən sonra yarımfinalda iranlı Rəhman Amuzadxəlili ilə bacarmayib (2:9).
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)