Masallılı gənc (atası Digahdan, anası Ərkivanın Zeynoba məhəlləsindən) parabadminton idman oyunlarında Uqandada Azərbaycana ilk medalı qazandırıb
Bu xəbəri paylaş
Masallılı gənc (atası Digahdan, anası Ərkivanın Zeynoba məhəlləsindən) parabadminton idman oyunlarında Uqandada Azərbaycana ilk medalı qazandırıb
Azərbaycanın parabadmintonçusu İbrahim Əliyev Uqandanın paytaxtı Kampalada keçirilən “Uganda Para Badminton International 2022” turnirində bürünc medal qazanıb.
Azərbaycan Badminton Federasiyasından verilən məlumata görə, cari ilin avqustundan başlayaraq məşqçi Teymur Abbasovla birgə parabadmintonda ölkəni beynəlxalq arenada təmsil etməyə başlayan idmançı qısa müddət ərzində qatıldığı ikinci turnirdə mükafatçılar sırasında yer almağı bacarıb.
Kişi badmintonçuların şəxsi yarışında qrup mərhələsini ilk sırada başa vuran Əliyev uğurlu çıxışının davamını pley-offda da gətirib.
1/4 finalda Manoj Kumara (Hindistan) 2:0 (21-14,21-12) hesabı ilə qalib gələn badmintonçu ən güclü 4-lüyə yüksəlməklə bürünc medalı təmin edib.
Yarımfinalda turnirin reytinq favoritlərindən sayılan hindistanlı Natarajan Zillaiyə 0:2 (11-21,16-21) hesabı ilə uduzan Azərbaycan təmsilçisi Uganda Para Badminton International 2022” turnirində bürünc medala sahib çıxıb.
Bu həm də Azərbaycan parabadmintonu tarixində beynəlxalq turnirlərdə qazanılan ilk medaldır./oxu.az
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)